`Bağçalarda müəyyən problemlər var` - Mikayıl Cabbarov


15:21     15 Mart 2017 mikayil%20(1).png

“Azərbaycanın ən böyük uğurlarından biri də qaçqın və məcburi köçkünlərin tam olaraq təhsil almasını təmin etməsidir”.


Femida.az-ın məlumatına görə, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında türkiyəli deputat Küçük Canın məcburi köçkün uşaqların təsili ilə bağlı sualı cavablandırarkən təhsil naziri Mikayıl Cabbarov bildirib. M. Cabbarov deyib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: “Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib”.

Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 888


Oxşar xəbərlər